Sosial şəbəkədə biz:

Daşkəsəndə intensiv dolu və güclü leysan fəsadlar yaratdı — VİDEO

03 May 2020, 21:28
Gündəm

Daşkəsən rayonu ərazisində mayın 3-də həftənin bazar günü saat 15-00 radələrində intensiv dolu və leysan yağışının yağması nəticəsində Daşkəsən şəhərində, rayonun qəsəbə və kəndlərində əkin sahələrinə, fərdi  təsərrüfatlara, şəxsi minik avtomobillərinə, elektrik dirəklərinə və xətlərinə xeyli ziyan dəyib. 

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Fövqəladə Hallar Komissiyası tərəfindən rayonun daxili imkanları hesabına dəymiş ziyanların aradan qaldırılması üçün müvafiq işlər aparılır.

Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.