Sosial şəbəkədə biz:

Bu gecədən Türkiyənin 247 yaşayış məntəqəsində karantin rejimi ləğv olunur

04 May 2020, 09:36
Gündəm

Türkiyənin 54 vilayəti üzrə 247 yaşayış məntəqəsində xüsusi karantin rejimi ləğv edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada, həmçinin, qeyd olunub ki, yeni növ koronovirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar aprelin 30-dan qüvvədə olan evdən çıxma qadağası bu gecə 00:00-da başa çatacaq.

Qeyd edək ki, Türkiyədə aprelin 30-dan bəri bu günədək karantin rejiminə əməl etməyən 27 min 828 nəfər cəzalanıb.