Sosial şəbəkədə biz:

Oqtay Şirəliyev şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT

04 May 2020, 14:39
Gündəm

Səhiyyə Naziri Oqtay Şirəliyevin 04.05.2020-ci il tarixli əmrinə əsasən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov yeni vəzifəyə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, o, Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktor müavini təyin edilib.