Sosial şəbəkədə biz:

Həbs edilən başçı müavininin səhhəti pisləşdi - Açıqlama

04 May 2020, 14:42
Gündəm

Hazırda həbsdə olan Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin birinci müavini Ramiz Tatarovun səhhətində problem yaranıb.

Axar.az-ın əldə etdiyi məlumata görə, Tatarov həkim müşahidəsi altındadır.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov bildirib ki, hazırda Tatarovun səhhəti stabildir:

“Ramiz Tatarov tibbi müşahidədir. Həyati təhlükə isə yoxdur”.

Qeyd edək ki, ötən il vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs ediliblər.