Akif Təvəkküloğlu vəzifəsindən azad edildi
Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu vəzifəsindən azad edilib.
Parlamentin sədri Sahibə Qafarovanın sərəncamı ilə onu Elnar Məmmədov əvəzləyib.
Qeyd edək ki, Akif Təvəkküloğlu 2006-cı ildən Milli Məclisin mətbuat katibi idi.