Sosial şəbəkədə biz:

Onlayn dərslərdə iştirak etməyən müəllimlərin maaşı kəsiləcək? - Açıqlama

07 May 2020, 19:58
Gündəm

"Müəllimlərin əməkhaqları ilə bağlı hansısa dəyişiklik nəzərdə tutulmayıb".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bəzi şagirdlərin onlayn dərslərdə iştirak edə bilməməsinə münasibət bildirərkən deyib.

Nazir onlayn dərslərdə iştirak edə bilməyən müəllimlərin maaşlarında hansısa azalma nəzərdə tutulmadığını nəzərə çatdırıb.