Sosial şəbəkədə biz:

TƏBİB sədrindən 65 yaşdan yuxarı şəxslərlə bağlı - Açıqlama

09 May 2020, 19:23
Gündəm

"65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qoyulan qadağa yaxın günlərdə götürülə bilər".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

"Bu məsələ bizim gündəmimizdədir. Amma bunun üçün gənclərimiz karantin qaydalarına əməl etməlidirlər. Böyüklərimizin evdən çıxmasına icazə verilməsi üçün gənclər ictimai yerlərdə karantin qaydalarına əməl etməlidirlər ki, onları təhlükəyə atmayaq".