Sosial şəbəkədə biz:

Baş Nazirdən təhsillə bağlı vacib QƏRAR

12 May 2020, 21:49
Gündəm

“Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Baş Nazir Əli Əsədov qərar imzalayıb. 

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Qərarda deyilir:

“Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası” təsdiq edilsin”.

Qərarla daha ətraflı şəkildə tanış olmaq üçün bu linkdən istifaədə edə bilərsiniz.