Sosial şəbəkədə biz:

De Nirodan Trampa sərt sözlər: “Neçə nəfərin öldüyü vecinə də deyil”

14 May 2020, 09:50
Gündəm

Məşhur aktyor Robert de Niro növbəti dəfə ABŞ Prezidenti Donald Trampı kəskin tənqid edib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

“Neçə nəfərin öldüyü Trampın vecinə belə deyil, onun dərdi yenidən seçilməkdir. Trampın tərəfdarları xəyallar aləmində yaşayırlar. Özlərini “prezident bizim yanımızda” deyərək aldadırlar”, - deyə aktyor bildirib.