Vilayət Eyvazov bu postun komandirini vəzifəsindən azad etdi
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov “Salyan postu”nun komandirini işdən çıxarıb.
Azinforum.az - ın əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə, Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 10-cu tağımının komandiri, polis mayoru Vüqar Kərimli tutduğu vəzifədən azad edilib.