Sosial şəbəkədə biz:

AzTV-yə müsahibə verən koronavirus xəstəsi öldü - VİDEO

15 May 2020, 09:50
Gündəm

Azərbaycanda 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Onlardan biri Hacı İlham Şükür oğlu Əsgərovdur. İ.Əsgərov bir neçə gün öncə AZTV-yə müsahibəsində səhhətində müsbətə doğru dəyişikliyin olduğu ilə bağlı məlumat verib.

İlham Əsgərov 1961-ci il sentyabrın 5-də anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Cəlilabad rayonunun Alar kəndində dil-ədəbiyyat müəllimi işləyirdi. Müntəzəm olaraq mətbuatda şeir və hekayələrlə çıxış edirdi, ədəbi proses haqqında tənqidi məqalələr yazırdı. Hacı İlham Əsgərov publisistik yazılarında həmişə cəmiyyəti düşündürən ciddi problemləri qaldırırdı.mediapost.az