Sosial şəbəkədə biz:

Rafiq Manaflı Milli Şuradan istefa verdi

16 May 2020, 09:16
Gündəm

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuradan istefa verib.

Bu barədə R.Manaflı “Facebook” hesabında məlumat paylaşıb.

"Milli Şuranı tərk etdiyimi bəyan edirəm", - deyə R.Manaflı əlavə açıqlama verməyəcəyini bildirib.

Qeyd edək ki, Milli Şuranın Koordinasiya Mərkəzinin onlayn iclasında səsləndirilən ifadələr qalmaqala səbəb olub. Məlum hadisə ilə əlaqədar ötən gün Eldəniz Quliyev MŞ-dan getdiyini bəyan edib.