Sosial şəbəkədə biz:

Nazir müavini vəzifəsindən azad edildi

20 May 2020, 16:59
Gündəm

Rusiyanın Baş Naziri Mixail Mişustin Azər Talıbovu özünün xahişi ilə İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edib.

Azvision.az "Vesti.ru"ya istinadən xəbər verir ki, Azər Talıbov 2017-ci ilin yanvarında İqtisadi inkişaf nazirinin müavini təyin olunub.

Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin rəhbəri və Rusiya prezidenti köməkçisinin aparat rəhbəri vəzifələrində işləyib.