Sosial şəbəkədə biz:

İKİ RAYONA İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncam

21 May 2020, 13:56
Gündəm

Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev mayın 21-də bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, E.Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.

Prezidentin digər sərəncamı ilə Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Seymur Orucov indiyədək Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədri vəzifəsini tuturdu.