Sosial şəbəkədə biz:

Ağdaşda xüsusi əməliyyat keçirildi — Rüşvət alan daha bir yüksək vəzifəli tutuldu

22 May 2020, 10:46
Gündəm

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdaşda xüsusi əməliyyat keçirib. 


Demokrat.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsinin sədri tutulub. 


DSMF-nin yüksək vəzifəli əməkdaşının rüşvət alma faktı üzrə saxlanıldığı deyilir. 


Saytımızı izləyin, hadisə ilə bağlı oxuculara ətraflı məlumat veriləcək.