Sosial şəbəkədə biz:

"Rahat" marketdə faciə- Eskalatorun arasında qalıb öldü

23 April 2015, 13:26
Gündəm
Sumqayıtda dəhşətli hadisə baş verib. " Azinforum.az " lent.az-a istinadən xəbər verir ki, 17-ci mikrorayon ərazisində yerləşən və sabah açılışı planlaşdırılan "Rahat" marketdə işləyən fəhlə 1990-cı il təvəllüdlü Qurbanov Ruslan Taleh oğlu eskalatorun arasında qalıb. O, hadisə yerindəcə dünyasını dəyişib. Bildirilir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Yeni quraşdırılmış lift yoxlanış üçün istismara buraxılarkən məlum olay yaşanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib, araşdırma aparılır.