Sosial şəbəkədə biz:

Meyiti tapılmış neftçinin kimliyi müəyyən edildi

03 February 2016, 15:11
Gündəm
Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. SOCAR-dan verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsəd “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur. Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir. (APA)