Sosial şəbəkədə biz:

Ləğv edilən dövlət Agentliyinin büdcəyə 90 min manatdan çox borcu var

31 May 2020, 21:43
Gündəm

Ləğvetmə prosesində olan Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) dövlət büdcəsinə 90,44 min manat vergi borcu var.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.

Xatırladaq ki, ABOEMDA Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 iyun 2012-ci il Fərmanı ilə yaradılıb.

2019-cu il yanvarın 14-də ölkə başçısı tərəfindən imzalanmış Fərmanla Agentlik ləğv olunub.