Sosial şəbəkədə biz:

“Neftçi“ kapitanı ilə 3 illik müqavilə imzaladı

01 June 2020, 19:57
Gündəm

"Neftçi" kapitanı Emin Mahmudovla müqavilənin müddətini artırıb.

Klubun rəsmi saytı xəbər verir ki, yeni anlaşmaya görə, 28 yaşlı yarımmüdafiəçi daha 3 il "ağ-qara” formanı geyinəcək.

Paytaxt təmsilçisi daha əvvəl digər futbolçusu Anton Krivotsyukla yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, Emin Mahmudov bu mövsüm meydana çıxdığı 26 oyunda 6 qol vurub.