Sosial şəbəkədə biz:

Orqan transplantasiyası ilə bağlı layihə müzakirəyə çıxarılır

04 June 2020, 09:34
Gündəm

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək.
İclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin (birinci oxunuş) və “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişikliklər müzakirə olunacaq. Azvision.az