Sosial şəbəkədə biz:

190 manatlıq birdəfəlik ödəmə ilə bağlı AÇIQLAMA

04 June 2020, 17:38
Gündəm

“190 manatlıq birdəfəlik ödəmə gündəmdə deyil”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

"Həftənin iş günlərində artıq insanlar çalışa bilir. Ona görə də 190 manat ödəmənin verilməsi gündəmdə deyil. Məhdudiyyət yalnız həftə sonlarını əhatə edir, iş günlərini deyil”, - deyə R.Bayramlı qeyd edib.