Sosial şəbəkədə biz:

Dövlət Sərhəd Xidməti Gürcüstanla sərhəddəki təxribatın qarşısını aldı

04 June 2020, 22:09
Gündəm

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Gürcüstan sərhəd dəstəsi ilə birlikdə həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli tədbirlər qeydə alınmayıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən məlumat verilib.

Xatırladaq ki, iyunun 4-də bir qrup Gürcüstan vətəndaşının dövlət sərhədini pozmağa yönəlmiş təxribat xarakterli hərəkətlər etməyi planlaşdırdığı barədə məlumat daxil olmuşdu.