Sosial şəbəkədə biz:

Karantin cərimələri büdcəyə daxil olacaq

08 June 2020, 21:22
Gündəm

Karantin rejiminin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda dəyişiklik edib.

Belə ki, indiyə qədər sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil idisə, bu sıraya karantin rejiminin pozulması da daxil edilir.

Dəyişikliyə əsasən, bundan sonra epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil olacaq.