Sosial şəbəkədə biz:

Müdafiə Nazirliyi bəyanat yaydı

11 June 2020, 21:12
Gündəm

Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir: "Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir".