Sosial şəbəkədə biz:

Ali məktəb tələbələrinin yarısı təqaüdlə təmin olunacaq - RƏSMİ

13 June 2020, 16:47
Gündəm

Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq sərəncama əsasən, dövlət hesabına maliyyələşən ali məktəblərdə təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 min vahid artırılıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb.
Qeyd olunur ki, 2020-2021-ci tədris ilində isə 50 faizə çatdırılması nəzərdə tutulub.