Sosial şəbəkədə biz:

Koronavirusa yoluxan Bəhram Bağırzadənin vəziyyəti ağırlaşdı

14 June 2020, 16:45
Gündəm

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağırlaşıb.
Bu barədə "Qafqazinfo"ya aktyorun həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib. O bildirib ki, Bəhram Bağırzadənin vəziyyəti yetərincə ciddidir:"Bir həftədir ki, onun səhhətində problemlər yaranmışdı və getdikcə artmağa başladı. Hazırda o, xəstəxanada müalicə alır. Həkimlər onun sağalması üçün hər şeyi edir. Dövlət də hər şeyi təşkil edib. Dua edək ki, hər şey yaxşı olsun".