Sosial şəbəkədə biz:

İlham Mirzəyev iflic olmayıb - Rəsmi

04 February 2016, 17:11
Gündəm
İlham Mirzəyevin iflic olması ilə bağlı yayılan xəbərlər əsassızdır.   Bu barədə Axar.az-a Penitensiar Xidmətdən məlumat verilib.   “İlham Mirzəyevin səhhəti normaldır. Bizim həkimimiz, tibb xidmətimiz var. Nəsə olsaydı, xəbərimiz olardı. Bu haqda məlumatı mətbuatdan öyrəndik”, - bildirilib.   Qeyd edək ki, aparıcı İlham Mirzəyevin iflic olması ilə bağlı xəbər müğənni Xəyyam Nisanovun Feysbuk səhifəsində yayılmışdı. Müğənni Axar.az-a açıqlamasında bildirib ki, bu məlumatın onun səhifəsinə necə düşməsindən xəbəri yoxdur.