Sosial şəbəkədə biz:

"Donuz qripi" orduya da keçdi: bir hərbçi öldü

04 February 2016, 20:50
Gündəm
Qoridə hərbi hospitalda müalicə alan hərbçi H1N1 virusundan ölüb. APA-nın məlumatına görə, Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər ki, ölən hərbçinin 38 yaşı olub. Həmin şəxs bir neçə gün hərbi hospitalda qripdən müalicə olunub. Onun 4 yaşlı övladı qalıb. Hazırda Qori hospitalında 12 əsgər müalicə olunur, onların vəziyyəti qənaətbəxşdir. Qeyd edək ki, indiyədək Gürcüstanda H1N1 virusundan 9 nəfər dünyasını dəyişib.