Sosial şəbəkədə biz:

Rusiyada öldürülmüş azərbaycanlının meyiti Lənkərana gətirilib

05 February 2016, 11:25
Gündəm
Dünən Virtualaz.org saytının xəbər verdiyi kimi, Rusiyanın Leninqrad vilayətinin Tosno rayonunun Yam-İjora qəsəbəsində güllələnən azərbaycanlı Lənkəran rayonunun Cil kəndindəndir. Fevralın 3-də həmin qəsəbədə yerləşən “Arqo” kafesinin yanında saxladığı "Mercedes-Benz" markalı avtomobilində qətlə yetirilən 42 yaşlı Elçin Heydərovun əvvəllər məhkum edildiyi də məlum olub. "Chevrolet Lacetti" markalı avtomobildə qeyd olunan ünvana gələn şəxslər "Mercedes-Benz"ə atəş açmağa başlayıblar. Daha sonra isə onlar hadisə yerindən uzaqlaşıblar. 6 güllə yarası alan Elçin Heydərov yerindəcə dünyasını dəyişib. Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi və qətli törətmiş şəxslərin yaxalanması istiqamətində zəruri istintaq tədbirləri görülür.