Sosial şəbəkədə biz:

“Mənə yarıçılpaq qadın şəkli göndərdilər” – Mehman Əhmədli + Video

26 June 2020, 16:39
Gündəm

Meyxanaçı Mehman Əhmədli yayılan qalmaqallı səsyazısı barədə danışıb. 

ARB TV-nin “Show News” verilişinin qonağı olan meyxanaçı bunu öz həmkarlarının etdiyini düşündüyünü deyib: “Kiminsə səsimi yazacağını düşünmədim. Fikirləşdim ki, kimsə mənimlə məzələnir. Çünki birdən-birə mənə yarıçılpaq qadın şəkli atdılar. Elə bildim sənət yoldaşlarımızdan biridir, məzlənir. Arada meyxanaçılar bir-birimizlə zarafat edirik. Sonra gördüm ki, artıq məsələ uzanır, sağollaşdıq”. 

Xatırladaq ki, meyxanaçının sosial şəbəkədə xanımla danışığı barədə görüntülər yayılmışdı. 

Həmin görüntüləri təqdim edirik: