Sosial şəbəkədə biz:

Maşının baqajında rayona getmək istədilər

29 June 2020, 09:40
Gündəm

Sərnişinlərə görə ik dəfə geri gaytarılan sürücü üçüncü dəfə onları baqajda keçirməyə cəhd edib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, iyulun 28-i gəcə saat 00:40 radələrində "Mercedes" markalı 99-GC-773 nömrəli avtomobilin sürücüsü Əsgərzadə Müşfiq Xasay oğlu maşının baqaj hissəsində Bakı şəhər sakinləri - Əliyev Murad Arif oğlunu və Şabanov Elşən Rövşən oğlunu Bakı-Şamaxı yolunda yerləşən karantin postundan rayon istiqamətinə keçirməyə cəhd edərkən BDYPİ-nin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq barələrində inzibati tədbir görülüb.