Hikmət Hacıyev Naxçıvana uçuşlarla bağlı danışdı
Prezidentin köməkçisi Hikmət Hacıyev Bakı-Naxçıvan-Bakı uçuşlarının daha intensiv xarakter alması ilə bağlı suallara aydınlıq gətirib.
H.Hacıyev hazırda Naxçıvanın Ermənistanın tərəfindən blokadada olmasını vurğulayıb.
Prezidentin köməkçisi deyib ki, Bakıda olan Naxçıvan sakinləri üçün uçuşlar bərpa olunub, sərnişinlər pulsuz testdən keçirilir: “İlkin mərhələdə vətəndaşların sayında artım var idi və reyslərin də sayı artırıldı. Əvvəllər İranla sərhəd açıq idi və avtobusla da Naxçıvana gediş-gəliş təmin olunurdu. Təyyarə ilə bunu tam həyata keçirmək mümkün deyil. Reyslərin intensivliyi də müraciətlərə uyğun həyata keçirilir”.