Sosial şəbəkədə biz:

NƏRGİZ YAQUBLU SON STATUSUNDA NƏ YAZIB?

Məlum olduğu kimi, bu gün Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu xəstəlik səbəbindən Rusiyada dünyasını dəyişib.  Qeyd edək ki, bu hadisə hazırda medianın yaxından  izlədiyi  bir nömrəli mövzu sırasındadır. Bu dərəcədə ictimai diqqətin yaranması   haqq dünyasına qovuşan Nərgizin  yalnız Tofiq Yaqublunun qızı olması ilə bağlı deyil.  Bəllidir ki, onun özü də cəmiyyətdə çox fəal gənclərdən olub, hətta bir müddət  jurnalistika sahəsində çalışıb. Nərgiz Yaqublu sosial şəbəkələrdə də fəallığı ilə seçilirdi. Azinforum.az saytı olaraq onun səhifəsinə nəzər saldıq. Məlum oldu ki, o, son statusunu 7 apreldə yazıb. Həmin statusu olduğu kimi təqdim edirik: "Bu gün qəlbimizdə, 100 illik partiyamızda xüsusi yeri olan Müsavat Partiyası başqanının müavini, Divan üzvü Sexavet Soltanlının doğum günüdür. Bu gün münasibətilə nə qədər xoş sözlər yazsaq, az ola bilər. Bəy, sizə həm həyatınızda, həm də demokratik Azərbaycanın gələcəyi uğrunda apardığınız şərəfli mübarizədə uğurlar diləyirəm. Əminəm ki, siz yaxın gələcəkdə demokratik Azərbaycanın tanınmış siyasi simasına çevriləcəksiniz. Eşq olsun!" status


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol