Ədalət Vəliyev və Arzuxan Əlizadə arasında görüş keçirilib
Bu gün Prezident Adminstrasiyasında “Siyasi Partiyalar və Qanunverici Hakimiyyəti ilə əlaqələr şöbəsi”nin müdiri Ədalət Vəliyev və AMİP-in sədr əvəzi Arzuxan Əlizadə arasında görüş keçirilib.
Görüşdə sağlam iqtidar-müxalifət münasibətlərinin perspektivləri, siyasi partiyaların cəmiyyətin demokratikləşməsində yeri və rolu istiqamətində fikir mübadiləsi aparılmış, həmçinin AMİP-i maraqlandıran bir sıra məsələlər müzakirə olunub.
Görüşdə həmçinin pandemiya şəraitinin AMİP-in növbəti Qurultayının keçirilməsinə yaratdığı çətinliklər və Qurultayın onlayn qaydada keçirilməsinin mümkünlüyü ilə bağlı da fikir mübadiləsi aparılıb.
Sonda Ədalət Vəliyev həmçinin AMİP-in təsis olunmasının 28 illiyi münasibətilə Milli İstiqlalçılara təbriklərini çatdırılıb.