Sosial şəbəkədə biz:

Nazim Məcidov işdən çıxarıldı

04 July 2020, 15:09
Gündəm

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Nazim Məcidovu tutduğu vəzifədən azad edib.

E.Babayevin müvafiq əmri ilə, BDU-nun Tarixi Muzeyinin direktoru N.Məcidov vəzifəsindən azad olunub.

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Nazim Məcidov öz  istəyi ilə vəzifəsindən ayrıldığını bildirib. O, hazırda işsiz olduğunu deyib. 

Nazim Məcidov Universitetin Kadrlar şöbəsinin müdiri vəzifəsində də çalışıb.  

Qeyd edək ki, Nazim Məcidov uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.