Sosial şəbəkədə biz:

Penitensiar xidmətin 18 əməkdaşı ədliyyə orqanlarından xaric edilib

05 February 2016, 21:01
Gündəm
Penitensiar xidmətin 18 əməkdaşı ədliyyə orqanlarından xaric edilib.
Nazirlikdən verilən məlumata görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2015-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə bildirilib.
Qeyd olunub ki, hesabat dövründə vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma  və digər korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb. Pozuntulara yol verən 322 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 18 əməkdaş isə tutduqları vəzifədən azad olunub.