Sumqayıt Şəhər İcra Hakimiyyətinin 7 milyon manatlıq tenderi: qalib şirkət kimindir?
Sumqayıt Şəhər İcra Hakimiyyəti binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “AS-Təmir Tikinti” MMC-dir.
Qalib şirkətə 7 milyon manat ödəniləcək.