Daxili İşlər Nazirliyinin (DİN) daha bir generalı təqaüdə göndərilib.
Azinforum.az “Report”a istinadla xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.