Sosial şəbəkədə biz:

Paşinyandan müsahibə alan Stiven Sakur İlham Əliyevə də təklif göndərdi

16 August 2020, 21:29
Gündəm

BBC-də yayımlanan sual-cavab məzmunlu “Hardtalk” verilişinin aparıcısı Stepan Sakurun Ermənistan Baş naziri Nikol Paşinyandan aldığı müsahibə haqqında xəbər vermişdik.

S. Sakur “Twitter” vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevdən də müsahibə almaq istədiyini bildirib. O həmçinin suallara ölkə rəsmilərindən hər hansı birinin də cavab verə biləcəyini qeyd edib:

“Ermənistan baş naziri Nikol Paşinyanla olan müsahibəm həm Ermənistan həm də Azərbaycan tərəfində qeyri-adi rezonans doğurub. Dünyanın hər iki tərəfi eşitməyə ehtiyacı var. Bəs siz necə fikirləşirsiniz, cənab Prezident? Ya da rəsmi Bakıdan hər hansı yüksək vəzifəli şəxs”.

No description available.

/Yeniavaz.com