Sosial şəbəkədə biz:

Bakı-Sumqayıt qatarının hərəkət cədvəli yenidən dəyişdirilir -Cədvəl

10 February 2016, 14:52
Gündəm
Fevral ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Bu haqda Modernator.azsaytına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. O qeyd edib ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sayı 12 cütədək artırılacaq, yolda olma vaxtı 48 dəqiqədən 40 dəqiqəyə endiriləcək: “Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:00, 08:50, 14:30, 17:25, 18:20, 18:40, 19:15 və 19:50-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:25, 07.45, 08:00, 08:50, 09:40, 15:50, 18:20, 19:30, 20:05, 20:40 və 21:00-da yola düşəcək”. N.Əzməmmədov deyib ki, hər şənbə, bazar və bayram günləri sərnişin sıxlığının azalması nəzərə alınaraq aşağıdakı elektrik qatarları hərəkətdə olmayacaq: “Bunlar Bakı-sərnişin stansiyasından saat 05-00-da, 05-20-də, 05-35-də, 18-20-də, 19-15-də, Sumqayıt-sərnişin stansiyasından saat 06-50-də, 07-25-də, 07-45-də, 19-30-da, 20-40-da yola düşən qatarlardır. Sərnişin sıxlığı ilə bağlı Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək”.  
Qatar №-si Bakıdan getmə vaxtı İ s t i q a m ə t Sumqayıt-sərn. çatma vaxtı
6001 5-00 Bakı- Sumqayıt-sərn. 5-40
6003 5-20 Bakı- Sumqayıt-sərn. 6-00
6005 5-35 Bakı- Sumqayıt-sərn. 6-15
6007 5-50 Bakı- Sumqayıt-sərn. 6-30
6009 8-00 Bakı- Sumqayıt-sərn. 8-40
6011 8-50 Bakı- Sumqayıt-sərn. 9-30
6013 14-30 Bakı- Sumqayıt-sərn. 15-10
6015 17-25 Bakı- Sumqayıt-sərn. 18-05
6017 18-20 Bakı- Sumqayıt-sərn. 19-00
6019 18-40 Bakı- Sumqayıt-sərn. 19-20
6021 19-15 Bakı- Sumqayıt-sərn. 19-55
6023 19-50 Bakı- Sumqayıt-sərn. 20-30
       
                   
Qatar №-si Sumqayıt-sərn. getmə vaxtı İ s t i q a m ə t Bakıya çatma vaxtı
6002 6-50 Sumqayıt-sərn. - Bakı 7-30
6004 7-25 Sumqayıt-sərn. - Bakı 8-05
6006 7-45 Sumqayıt-sərn. - Bakı 8-25
6008 8-00 Sumqayıt-sərn. - Bakı 8-40
6010 8-50 Sumqayıt-sərn. - Bakı 9-30
6012 9-40 Sumqayıt-sərn. - Bakı 10-20
6014 15-50 Sumqayıt-sərn. - Bakı 16-30
6016 18-20 Sumqayıt-sərn. - Bakı 19-00
6018 19-30 Sumqayıt-sərn. - Bakı 20-10
6020 20-05 Sumqayıt-sərn. - Bakı 20-45
6022 20-40 Sumqayıt-sərn. - Bakı 21-20
6024 21-00 Sumqayıt-sərn. - Bakı 21-40