Sosial şəbəkədə biz:

Azərbaycan nefti 4 faiz ucuzlaşdı

11 February 2016, 10:54
Gündəm
Dünya bazarında neft kəskin ucuzlaşıb. “Bloomberg” agentliyi xəbər verir ki, London əmtəə birjasında “Brent” markalı neftin 1 bareli 0,2 dollar və yaxud 0,65% azalaraq 30,64 dollar təşkil edib. Nyu-York birjasında isə “WTI” markalı "qara qızıl" 0,48 dollar və yaxud 1,75% ucuzlaşaraq 26,97 dollara satılıb. Virtualaz.org-un məlumatına görə, Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti də 1,16 dollar, yaxud 3,6% ucuzlaşaraq 31,45 dollar olub.