Sosial şəbəkədə biz:

Ağcabədidə ər arvadını ütü ilə qətlə yetirdi

11 February 2016, 11:50
Gündəm
Ağcabədi rayonunda qətl hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə Ağcabədi şəhərində qeydə alınıb. Rayon sakini olan Kəmalə adlı qadının həyat yoldaşı tərəfindən qətlə yetirildiyi bildirilir. İlkin məlumata görə, həyat yoldaşı onun başına ütü ilə zərbələr vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.