Sosial şəbəkədə biz:

Mahir Emreli yığmamızın heyətindən kənarlaşdırıldı

06 September 2020, 21:03
Gündəm

Yığma komandamızın hücumçusu Mahir Emreli millinin heyətindən kənarlaşdırılıb.

Demokrat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,  UEFA Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan – Lüksemburq oyununda qırmızı vərəqə almış Mahir Emrelinin millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacağı bildirilib.

Qeyd edək ki, M.Emreli millimizin Lüksemburqa 1:2 hesabı ilə uduzduğu oyunun 26-cı dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.