Sosial şəbəkədə biz:

DYP-nin məhşur alay komandiri qəzaya düşdü – 10 YP 400

Rəşadət Babayevdən açıqlama: «Sükan arxasında özüm olmuşam»
Bakı Şəhər Dövlət Yol Polisinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev xidməti avtomobili ilə qəzaya düşüb. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, qəza zamanı 10 YP 400 nömrə nişanlı avtomobil yararsız hala düşüb və evakuatorla duracağa aparılıb. Hadisəni Rəşadət Babayev təsdiq edib. O, açıqlamasında qəza zamanı sükan arxasında özünün olduğunu söyləyib: “Bu olayla bağlı müstəntiqlər tərəfindən araşdırma gedir. Əlavə informasiyanı ərazi üzrə polis idarəsindən və bu işi aparan müstəntiqdən ala bilərsiniz. Hazırda iclasdayam, geniş danışa bilmirəm”. Alay komandiri hadisənin harada və necə baş verdiyi haqda informasiya verməyib. Xatırladaq ki, Rəşadət Babayev bu vəzifəyə düz bir il öncə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmriylə təyin edilib. Bu vaxtadək həmin vəzifədə polkovnik Nadir Piriyev çalışıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol