Sosial şəbəkədə biz:

Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbə yoxa çıxıb

Türkiyənin paytaxtı Ankarada təhsil alan 3 azərbaycanlı tələbə yoxa çıxıb. Artıq 15 günə yaxındır ki, Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil adlı şəxs və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn adlı gəncdən xəbər yoxdur. Yerli hüquq-mühafizə orqanları, tələbələrin valideynləri, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları itən tələbələrin axtarışı ilə məşğuldur. Türkiyədə təhsil alan tələbələrdən aldığımız məlumata görə, həmin gənclər solçu qanad sayılan, kürd partiyasını dəstəkləyən kommunistlərin dəstəyi ilə seçiliblər. Məlumata görə, həmin gənclərdən biri Sənan Güləhmədov ötən il Bakıda “1 May zəhmətkeşlərinə dəstək” şüarı altında keçirilən aksiyada həbs olunubmuş. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova ANS-ə bildirdi ki, səfirliyə yalnız bir nəfərin - Yıldırım Bəyazid Universitetinin tələbəsi Sənan Güləhmədovun itməsi barədə valideynləri tərəfindən müraciət daxil olub. Qalan iki nəfər barədə rəsmi məlumat yoxdur. Nəcibə Nəsibova onu da əlavə etdi ki, onunla universitetdə olan tələbələr deyir ki, oturub-durduğu şəxslər kommunistlərə bağlı idi. Amma düşünülmür ki, partiya onun itməsinə səbəb olsun. Ciddi şəkildə axtarışlar gedir. +90312 491 16 8182 83 79 - Faiq Bağırov 009055 35877582 - Etimad 009050 62004180 - Elnur səfirlik 009053 26126710 - Nəcibə səfirlik təhsil üzrə müşavir  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol