Sosial şəbəkədə biz:

Bu gün İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsidir

13 February 2016, 10:23
Gündəm
Bu gün saat 12-də İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın Səbail Rayon Məhkəməsində həbsinin uzatması olacaq. Bu barədə Musavat.com-a M.Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib. Vəkil bildirib ki, M. Hüseynovanın həbs qəti imkan tədbirinin müddəti bitir: "Qapalı məhkəmə iclası olacaq, prosesə hakim Aytən Əliyeva baxacaq". V.Mirzəyev deyib ki, məhkəmədən sonra zəng edib məlumat verəcək.