Sosial şəbəkədə biz:

Dövlət agentliyinin ləğv edilməsi üzrə komissiya yaradılıb

13 February 2016, 11:30
Gündəm
Azərbaycan Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi ilə əlaqədar komissiya yaradılıb. Moderator.az -ın xəbərinə görə, bununla əlaqədar ləğv edilən Satınalmalar üzrə Dövlət Agentliyinin debitor və kreditorları agentliyin bütün öhdəlikləri üzrə iki ay müddətinə ləğvetmə komissiyasına (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi-80, giriş 4, ikinci mərtəbə) müraciət edə bilərlər. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 15 yanvar tarixli fərmanı ilə Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib.