Sosial şəbəkədə biz:

Rusiyadan Ukraynaya qarşı qadağa

14 February 2016, 21:09
Gündəm
Rusiyanın Nəqliyyat Nazirliyi Ukrayna qeydiyyatı olan yük maşınlarının ölkə ərazisində hərəkətini qadağan edib. Nazirlik bunun Ukraynadakı “Avtomaydan” hərəkatı fəallarının hərəkətinə cavab olduğunu bəyan edib. Hərəkatın fəalları fevralın 11-dən Rusiyaya məxsus yük maşınlarının Ukrayna ərazisində hərkətini əngəlləyir. Onlar Rusiya ilə ticarət əlaqələrinin dayandırılmasını tələb edirlər. Ukrayna KİV-lərinin məlumatına görə, Ukraynanın qərbindəki bütün sərhəd-buraxılış məntəqələrində Rusiya qeydiyyatlı maşınların hərəkəti dayandırılıb. Rusiya nəqliyyat nazirliyinin məlumatına görə, Ukraynanın müxtəlif vilayətlərində hazırda 100-dən çox yük maşını ilişib qalıb. Bundan başqa Avropa Birliyi ölkələrindən gələn 500-dək yük maşını Ukrayna sərhədini keçə bilmir.