Sosial şəbəkədə biz:

Şahmar Mövsümov beynəlxalq təşkilatın seçkisində uduzdu

14 February 2016, 21:23
Gündəm
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞK) təşkilatının İdarə Heyətinə 2016-2019-cu illər üzrə seçki keçirilib. Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov seçkidə uduzub. O Avrasiya regionundan namizəd idi. Virtualaz.org bildirir ki, bu barədə MSŞK-nin saytı xəbər yayıb. Xəbərə görə, təşkilatın idarə heyətinə Avrasiya regionundan ukraynalı millət vəkili Olqa Bielkova seçilib. Bielkova Şahmar Mövsümovdan 8 səs artıq (19 səs) toplayıb. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü 2015-ci ilin aprelində Azərbaycanın bu qurumdakı statusunu aşağı tamhüquqlu üzvlükdən müvəqqəti üzvlüyə endirib. Yanvardan sonunda Dövlət Neft Fondu MSŞK ilə münasibətlərin inkişafı yönündə danışıqlar aparıldığını bildirimişdi.