Sosial şəbəkədə biz:

Kərəm Həsənov Qobustana gedir

15 February 2016, 11:20
Gündəm
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov fevralın 19-da Qobustan rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbulda Qobustan, Şamaxı, Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Bu barədə Azinforum.az-a Komitədən məlumat verilib. Qəbulda qeyd olunan rayonların sakinləri iştirak edə bilər və yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: - Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349); - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi: 020-24 (5-29-93), 020-26 (5-01-08).